“Psixoloji xidmətin əsasları” mövzusunda təlim keçirilib

31 мая 2017

Поделиться:

26-31 may 2017-ci il tarixlərində Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzində “Psixoloji xidmətin əsasları” mövzusunda təlim keçirilib.

Təlimdə Xəzər rayon orta ümumtəhsil məktəblərinin, Xəzər rayon Reabilitasiya Mərkəzlərinin psixoloq və müəllimləri, həmçinin valideynlər iştirak ediblər. Təlim zamanı psixoloji xidmətin əsas istiqamətləri, fərdlərlə, ailələrlə, qruplarla aparılan psixoloji iş və digər mövzular müzakirə olunub, interaktiv oyunlar təşkil edilib.

Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub və Mərkəzin maarifləndirmə bukletləri paylanılıb.