Azərbaycanda tolerantlıq və multikulturalizm

24 мая 2017

Поделиться:

Mayın 24-də Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzi 18 may- 18 iyun İnsan hüquqları aylığı çərçivəsində Qəbələ rayon Nic qəsəbəsində “Azərbaycanda tolerantlıq və multikulturalizm” mövzusunda tədbir keçirmişdir. Tədbirdə Nic qəsəbəsinin din xadimi Rafik Danakari çıxış edərək bildirmişdir ki, qəsəbədə üç kilsə fəaliyyət göstərir və kilsədə dini ayinlər onların öz ana dilində icra edilir. O həmçinin, Cotari kilsəsində aparılan əsaslı təmir işlərinin, dini ayinlərin icrası üçün yaradılan şəraitin, dövlətin udin millətinə göstərdiyi diqqət və qayğısının göstəricisi olduğunu, rayonda udinlərə qarşı heç bir ayrı-seçkiliyin olmaması, Nic kilsəsinin bərpası ölkədə tolerantlığa ən gözəl nümunə olduğunu qeyd etdi. Tədbirdə digər çıxış edən Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları Mərkəzin fəaliyyəti haqqında məlumat vermiş və ölkə ərazisində yaşayan azsaylı xalqların milli, irqi, etnik, dini  mənsubiyyətindən asılı olmayaraq bütün ölkə vətəndaşları kimi bərabərhüquqlu imkanların yaradılması, milli azlıqların dillərinin, mədəniyyətinin qorunması məqsədilə qəbul edilən müvafiq qanunlar və prezidentin fərmanları haqqında geniş məlumat verdilər. Sonra mərkəz əməkdaşları Cotari kilsəsinə səfər etdilər.