“İnsan alverinin qurbanı olma” mövzusunda yürüş təşkil olunub

25 апреля 2017

Поделиться:

Aprelin 25-də Zərdab  Uşaq  və  Ailələrə  Dəstək  Mərkəzinin  təşkilatçılığı  ilə  “İnsan  alverinin  qurbanı  olma”  mövzusunda   yürüş  təşkil  olunub.

Yürüşdə  Mərkəzdən  bəhrələnənlər,  Uşaq  və  Gənclər  klubunun  üzvləri, şəhər  1 saylı  tam  orta  məktəbin  və Salahlı  kənd məktəbinin  şagirdləri, Qızıl Aypara Cəmiyyətinin  Zərdab  bölməsinin  əməkdaşları və könüllülər ibarət 50 nəfər  iştirak  edib.

Yürüş   iştirakçıları  Dədə  Qorqud  meydanından  başlayaraq,  Heydər  Əliyev  prospekti  boyunca  hərəkət  edib və  “İnsan  alverinin  qurbanı  olma”, “İnsan alverinə  Son  qoyaq”  kimi  şüarlar  səsləndiriblər.