Narkomaniyaya qarşı mübarizə

14 марта 2017

Поделиться:

Martın 14-də Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə rayonun Mustafabəyli kəndində “Narkomaniyaya qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.

Rayon polis şöbəsinin əməkdaşlarının, ağsaqqal şurasının sədrinin və kənd icra nümayəndəsinin iştirak etdiyi tədbirdə çıxış edənlər narkotik və digər zərərli vərdişlərin insan səhhətinə vurduğu zərərlər barədə danışdılar və məktəbliləri sağlam həyat tərzi keçirməyə səslədilər.