Xoşbəxt gələcəyinizi riskə atmayın!

10 марта 2017

Поделиться:

İnsan alverinin qurbanı riski olan uşaqların təhsillərini davam etdirmək imkanlarının təmin edilməsi, onların müvəqqəti yaşadığı yer üzrə ümumi orta təhsil müəssisəsinə qəbul edilməsi üzrə tədbirlərin gücləndirilməsi  ilə  əlaqədar “Xoşbəxt  gələcəyinizi  riskə  atmayın!” adlı maarifləndirmə işinin aparılması məqsədilə Goranboy rayon İnternat məktəbində tədbir keçirilib.

Mövzuya  aid  qısametrajlı  filmin nümayişi ilə açılan tədbirdə uşaqlar və məktəbin müəllim heyəti iştirak edib. Çıxış edən şəxslər uşaqları   insan alverinin qurbanı olmaqdan qorumaq, onların təhsillərini davam etdirməklərinə yardım etmək və insan alverinə şərait yaradan halların müəyyən edilməsindən danışıblar. Tədbirin sonunda uşaqlara bəzi tövsiyyələr verilib, maarifləndirici materiallar, lifletlər paylanılıb.