Yuxarı sinif şagirdlərinin iştirakı ilə insan alveri ilə bağlı tədbir keçirildi

29 марта 2017

Поделиться:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “İnsan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın 13.5.3 bəndinin  icrası istiqamətində dövlət himayəsində olan uşaqların yetkinlik yaşına çatdıqdan sonra insan alveri riski qrupuna daxil olmaması məqsədilə onlara sosial-psixoloji xidmətlər,  sosial-məsləhət yardımı göstərilməsi ilə bağlı 2017-ci il ərzində maarifləndirici görüşlərin keçirilməsi nəzərdə tutulmuşdur.

Bu məqsədlə Mart ayının 29-da  Goranboy rayonunda bir qrup yuxarı sinif şagirdləri və risk qrupundan olan uşaqlar ilə sorğu keçirilərək, yeniyetmələrin fikri öyrənilmiş, daha sonra dəyirmi masa ətrafında maarifləndirici görüş keçirilmişdir. Tədbiri giriş sözü ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı açdıqdan sonra, Dövlət Komitəsinin fəaliyyəti haqqında qısa məlumat vermiş, daha sonra insan alverinə dair təqdimat edilmişdir. Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Goranboy rayonu ərazisində profilaktika məqsədilə mərkəz tərəfindən aparılan işlərdən danışaraq, mərkəzdə həyata keçirilən sosial-psixoloji xidmətlər haqqında məlumat vermişdir. Uşaqlarla fikir mübadiləsi və sual-cavab şəklində keçirilən tədbirdə iştirakçılara maarifləndirici məlumat vərəqləri paylanılmışdır.