Göygöldə “Vətənimizi tanıyaq ” adlı tədbir keçirilmişdir

27 июля 2016

Поделиться:

İyul ayının 27-də Göygöl UADM-də “Vətənimizi  tanıyaq” adlı maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə  Mərkəzin  xidmətlərindən  bəhrələnən uşaqlar və valideynləri  iştirak etmişdir.

Tədbirdə  bölgələrimiz haqqında uşaqlarla geniş  müzakirələr aparılmış, xüsusilə də Göygölün tarixi, sosial-iqtisadi inkişafı haqqında  ətraflı məlumat verilmişdir. Mərkəzin işçi heyətinin bu mövzuda hazırladıgı videoçarxlar uşaqlara təqdim olunmuşdur. Videoçarx uşaqlar və valideynlər tərəfindən maraqla izlənilmişdir.