İnsan alveri qurbanı olmuş uşaqlarla işləyən sosial işçilərin, psixoloq və tibb işçilərinin peşəkarlığının artırılması məqsədilə təlim keçirilib

4 мая 2017

Поделиться:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 4 may 2017-ci il tarixində Göygöl rayonunda “İnsan alverinin qurbanı olmuş uşaqların sosial reablitasiyası və cəmiyyətə reinteqrasiyası üzrə Dövlət Proqramı”nın 4.1.3-cü bəndinə əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi ilə birgə insan alveri qurbanı olmuş uşaqlarla işləyən sosial işçilərin, psixoloq və tibb işçilərinin peşəkarlığının artırılması məqsədilə təlim keçirilib.

İnteraktiv keçən təlim prosesində insan alveri indikatorları, qurbanların aşkarlanması və reablitasiyası mövzuları müzakirə edilib,  mövzuya dair sosial film nümayiş etdirilib. Tibb işçiləri, psixoloq və sosial işçilərin qatıldığı təlim zamanı birgə sosial işin təşkilinə dair müzakirələr aparılmış, suallar cavablandırılıb.