Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzi uşaqların yay tətili istirahətini Sehirli nağıllar aləminə səyahətlə davam edir

28 июля 2016

Поделиться:

 28 iyulda Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzinin dərnək və digər xidmətlərindən bəhrələnən uşaqların yay tətili istirahəti Sehirli nağıllar aləminə səyahətlə davam etdi.

Mərkəzin metodisti və Dərnək rəhbəri Azərbaycanın və müxtəlif xalqların nağılları ilə uşaqları tanış etdilər. Uşaqlar növbə ilə Aygün Bünyadzadənin Three Fairy Tales,Nizami Gəncəvinin Fitnə,Neal Laytonun Colours,Disneyəs Herkules,Pişik və siçan,Tülkü və Qarışqa,Keçinin oyunu və Bir həyətin hekayəti nağıllarından parçalar oxudular. Eyni zamanda Tülkü və Qarışqa adlı kiçik nağıldan səhnəcik də hazırladılar. Dərnək rəhbərinin  hekayə və nağıl qəhrəmanları haqqında suallarına uşaqlar dolğun və ətraflı cavab verdilər.

Nağıllar aləmində özlərini hiss edən köçkün uşaqlar mənalı gün keçirdikləri üçün mərkəz əməkdaşlarına təşəkkür etdilər