Ağdam Köçkün məktəblərində “Müharibə uşaqların gözü ilə” adlı debat keçirildi

8 марта 2017

Поделиться:

Martın 28-də Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə İkinci 4 Yol qəsəbə orta məktəbində yuxarı sinif şagirdləri ilə ”Müharibə uşaqların gözü ilə” adlı debat  keçirilib.

Mərkəzin işçiləri tərəfindən debatın keçirilməsi məqsədi haqqında iştirakçılara  məlumat verilib.

İştirakçılar müharibəni insan psixologiyasına təsiri, sosial və iqtisadi vəziyyətin pisləşməsi səbəbi kimi dəyərləndiriblər. Müharibədə uşaqların iştirakı yolverilməzdir. Müharibələrin yaratdığı köçkünlük və didərginlik həyatının onların gələcək inkişafına mane olması, uşaq hüquqlarının pozulması, valideynlərinin müharibədə itirərək valideyn himayəsindən məhrum olmaları səbəbləri debat iştirakçıları tərəfindən pislənilib.