“Yaşlı nəslin təcrübəsindən faydalanaq” adlı genişmiqyaslı layihə davam edir

31 июля 2014

Поделиться:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Dövlət ailə siyasətinin dəstəklənməsi, gənclərin yaşlılara hörmət ruhunda tərbiyə olunması, milli-mənəvi  və ümumbəşəri dəyərlərin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, yaşlılara hörmət kimi ənənələrin davam etdirilməsi məqsədi ilə mütəmadi olaraq maarifləndirmə tədbirləri həyata keçirilir.

Bu tədbirlərin davamı olaraq, 2013-cü ildə Komitə tərəfindən Bakı şəhərinin rayon İcra hakimiyyətləri ilə birgə “Yaşlı nəslin təcrübəsindən faydalanaq” adlı genişmiqyaslı layihəyə start verilmiş, 2014-cü ildə layihə uğurla davam etdirilmişdir. Layihənin növbəti tədbiri 31 iyul 2014-cü il İmişli rayonunun Sarxanlı kəndində keçirilmişdir.

Tədbirdə İmişli Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə Cabbarova,  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədr  müavini Sədaqət Qəhrəmanova, ziyalılar, ağsaqqallar, gənc nəslin nümayəndələri, uzunömürlü ailələr  və digər qonaqlar iştirak etmişdir.

Tədbiri İmişli Rayon İcra hakimiyyəti başçısının müavini Təranə Cabbarova  açmış, tədbir iştirakçılarını salamlamışdır.

Daha sonra Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova çıxış edərək, milli-mənəvidəyərlərinqorunub-saxlanılması, ailədə sülh və dözümlülük mədəniyyətinin təbliği,sağlam həyat tərzinin təbliğinin (qan qohumluğu, erkən nikahın yaratdığı fəsadlar, nikahdan əvvəl tibbi müayinənin əhəmiyyəti, ziyanlı vərdişlərdən imtina); hüquqi maarifləndirmənin (insan alveri hallarının qarşısının alınması, məişət zorakılığının ailədaxili münasibətlərə təsiri, nikah müqaviləsinin əhəmiyyəti, uşaq-valideyn münasibətləri, nikahın pozulması nəticəsində qadınların həyatlarında yarandığı problemlərdən, nikahın pozulduğu halda alimentlərin ödənilməsininvacibliyindən bəhs etmişdir. Öz çıxışının sonunda, o insanın savadlı olub öz hüquqlarını bilməsinin nə qədər vacib olduğunu vurğulamışdır.

Daha sonra çıxış edən İcra nümayəndəsi Mirzə Əliyev Sarxanlı kəndində yaşayan ailələrin ümumi vəziyyətindən danışdı.

Əməkdar müəllim Cəmil Mirzəyev öz çıxışında, valideynlərin öz ailələrinə məsuliyyətlə yanaşması, xüsusi ilə ailə başçısının öz mədəniyyəti, tərbiyəsi ilə nümunə olmasının söyləmişdir.

VVAQ rayon şöbəsinin rəisi Səfa Baxış, nikaha daxil olan və nikahı pozulan ailələrdən, nikahın rəsmi olmasının vacibliyindən, nikahın pozulmasının əsas səbəbini gəlin-qaynana münasibətlərinin kəskinləşdirilməsində gördüyünü söyləmişdir.

Çıxış edən gənc nəslin nümayəndəsi, Azərbaycan Kooperasiya Universitetinin tələbəsi Tamerlan Əkbərli öz çıxışında ailə həyatı qurarkən yaşlı nəslin məsləhətindən mütləq istifadə edəcəyini vurğulamışdır.

54 il birgə ömür həyatı sürən Quliyev Məcnun və Quliyeva Humay çıxış edərək, ailənin möhkəm və uzunömürlü olmasında məhz yaşlı nəslin xüsusi önəm daşıdığını vurğulayib, valideynlərin uşaqlara verdiyi düzgün tərbiyədən danışmışdırlar.

Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova vətəndaşların onların qarşılaşdığları  problemləri ilə bağlı sualları cavablandırmışdır.

Tədbirin sonunda tədbir iştirakçılarına Komitə tərəfindən çap olunmuş buklet və jurnallar paylanılmışdır.