Uşaq əməyi ilə bağlı növbəti regional tədbir Gəncə şəhərində keçirilmişdir

13 августа 2014

Поделиться:

Komitə tərəfindən uşaq əməyi ilə bağlı Dövlət Əmək Müfəttişliyinin regional nümayəndələri, yetkinlik yaşına çatmayanlarla işləyən polis inspektorları, yerli icra hakimiyyəti orqanlarının yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyalarının əməkdaşları üçün növbəti təlim 13 avqust, 2014-cü ildə Gəncə şəhərində keçirilmişdir. 
Təlimdə Gəncə şəhəri, Samux, Göygöl, Şəmkir,Gədəbəy, Daşkəsən, Kəlbəcər, Xocalı rayonları üzrə əmək müfəttişləri, polis inspektorları, icra hakimiyyəti orqanlarının yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyalarının əməkdaşları, həmçinin psixoloqlar iştirak etmişlər.
Təlim zamanı Komitə əməkdaşları- Pərviz Əliyev və Fərid Ədilov uşaq əməyinin istismarı ilə mübarizədə beynəlxalq konvensiyalar, ölkə qanunvericiliyi, həmçinin problemin aradan qaldırılması istiqamətində beynəlxalq təcrübə ilə bağlı təqdimatlar etmiş, problemlə bağlı müzakirələr aparılmış, təklif və tövsiyələr dinlənilmişdir.