Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Ağcabədi rayonunda vətəndaşları qəbul etmişdir

6 июля 2015

Поделиться:

Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, ölkəmizin bölgələrində nazir və komitə sədrləri tərəfindən vətəndaşların qəbulu davam edir.  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova  10 aprel 2015-ci il tarixində  Tərtər, Füzuli, Bərdə, Goranboy, Ağdam, Laçın, Xocalı rayonlarından olan vətəndaşları qəbul etmişdir.

Qəbuldan öncəAğcabədi  rayonunun fəal qadınları ilə  görüş keçirilmişdir.

 Qəbulda bu rayonlardan olan 11 ailə  oz problemləri ilə bağlı müraciət etmişlər. Vətəndaşları qəbul edən Komitə sədri onların problemlərini dinləyərək, bir çoxunun elə yerindəcə həll edilməsinə nail olmuşdur. Bu müraciətlər arasında  qadın hüquqlarının müdafiəsi, məşğulluq, sağlamlıq və digər məsələlr  yer tutur. Eyni zamanda, Komitəinin fəaliyyətinə aid olmayan digər məsələlərlə bağlı müraciətlərə baxılmış, onların araşdırılması üçün aidiyyəti üzrə göndərilməsi təmin olunmuşdur.