Komitə tərəfindən 11 nömrəli İnteqrasiya təlimli internat məktəbində növbəti maarifləndirmə tədbiri keçirildi

25 сентября 2014

Поделиться:

“Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)” çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 25 sentyabr 2014-cü il tarixində 11 nömrəli İnteqrasiya təlimli internat məktəbində İnternat məktəbində həmin müəssisədə olan uşaqların valideynləri ilə birgə görüşünü nəzərdə tutan maarifləndirmə tədbiri keçirilmişdir.

Tədbirin əsas məqsədi İnternat məktəbində təhsil alan uşaqların valideynləri ilə görüşmək və uşaqların öz bioloji ailələrinin himayəsinə qaytarılması ətrafında valideynlərə müvafiq məsləhətlərin verilməsi idi.

Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq Problemləri Şöbəsinin müdir müavini Aida Seyidli və şöbənin əməkdaşı Fərid Ədilov, 11 nömrəli İnteqrasiya təlimli internat məktəbinin direktoru Gülnarə Abdullayeva, Təhsil Nazirliyi uşaqların müdafiəsi, alternativ qayğı və monitorinq şöbəsinin müdiri Cəmilə Tağıyeva, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı Nəzakət Balabəyova, Uşaq Hüquqları üzrə QHT Alyansı İdarə Heyətinin nümayəndəsi Nuriyyə Abbasova, həmçinin 20-dan çox valideyn iştirak etmişlər.

Tədbiri giriş sözü ilə Aida Seyidli açaraq, qeyd olunan dövlət proqramı çərçivəsində keçirilən tədbirin məqsədindən və əhəmiyyətindən danışdı. Daha sonra valideynlərin problemləri dinlənildi, onların problemlərinin həlli istiqamətində aidiyyatı nümayəndələrlə müzakirələr aparıldı.

Tədbir müddətində valideynlərə Komitə tərəfindən hazırlanmış və Dövlət Proqramının mahiyyətini özündə əks etdirən bukletlər paylanıldı, həmçinin De-institusionalizasiya ilə