Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları Cənubi Koreya Respublikasında həyata keçirilən “Qadın Peşə İnkişaf Proqramı”nda iştirak ediblər

13 сентября 2014

Поделиться:

Cənubi Koreya Respublikasının “Gender bərabərliyi və Ailə Nazirliyi” ilə “Qadınlar üçün Koreya Fondu”nun birgə təşkilatçılığı ilə mütəmadi olaraq həyata keçirilən təlimin əsas məqsədi Koreya Respublikasında qadınların məşğulluğa cəlb olunması ilə bağlı mövcud olan siyasətin digər ölkələrdə tanıdılması, bu istiqamətdə digər ölkələrin təcrübəsinin öyrənilməsidir.

13 sentyabr – 2 oktyabr tarixlərini əhatə edən təlim zamanı Proqram iştirakçıları üçün dövlət və qeyri hökümət nümayəndələri ilə görüşlər, “Gender bərabərliyi”, “Gender büdcəsi”, “Qadın Peşə İnkişaf Proqramlarının yaradılma səbəbləri”, “Qadın resurslarının inkişafı və iqtisadiyyat”, “Gender təsirinin qiymətləndirilməsi” və. s mövzular ətrafında seminarlar, Seul şəhərində və bir neçə ətraf şəhərlərdə fəaliyyət göstərən mərkəzlərə səfərlər təşkil olunmuşdur. Təlimdə Azərbaycanla yanaşı Özbəkistan, Qazaxstan, Pakistan, İndoneziya, Banqladeş, Kambociya, Lao, Nepal, Şri-lanka, Timor-Leste və Vyetnamdan olan məsul nazirlik və komitə əməkdaşları iştirak etmişdir.

Qeyd edək ki, təlimdə Azərbaycanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları Raidə Əmirbəyova və Səmra Əliyeva təmsil ediblər.