The Conference on the “Best Interests of the Child” has been held in Bruseels

10 декабря 2014

Поделиться:

Belçikanın Avropa Şurası Nazirlər Komitəsində sədrliyi çərçivəsində 9-10 dekabr, 2014-cü ildə Brüsseldə uşaq hüquqları ilə bağlı “Uşağın maraqlarının əsas götürülməsi” mövzusunda konfrans keçirilmişdir.

Konfransda Azərbaycan Respublikasını Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Fərid Ədilov və Xarici İşlər Nazirliyinin nümayəndəsi Vüsalə Sadıqova təmsil etmişdir. Konfransa ümumilikdə 36 ölkədən 175 nümayəndə qatılmışdır.

Konfransın rəsmi açılışında Belçikanın Ədliyyə naziri Koen Geens və Mədəniyyət, Media, Gənclər naziri Sven Gatz çıxış etmişdir. Daha sonra konfrans plenar sessiyalarda uşaq məsələrini əhatə edən müxtəlif mövzular ətrafında iki gün davam etmişdir.

Plenar sessiyalarda çıxışlar əsasən Uşaq hüquqları haqqında Konvensiyada öz əksini tapan uşaq hüquqları, uşaq maraqlarının əsas götürülməsinə yönəlmişdir.

Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqşünası xanım Aida Grgic “Avropa İnsan Hüquqları Məhkəməsinin yurisdiksiyasında ailə məsələlərində uşaq maraqlarının əsas götürülməsi. Biz nə öyrənə bilərik” başlığı altında geniş çıxış edərək digər ölkələrdə tətbiq edilən müsbət təcrübələrdən danışmış, məhkəmələrdə uşaq işlərinə baxılması halları, məhkəməyə müraciət edənlərin hüquqlarına hörmət, gizliliyin qorunması məsələlərinə diqqəti yönəltmişdir.

Həmçinin, konfrans müddətində müzakirələr, qrup işləri aparılmışdır. Qrup işləri uşaqların öz fikirlərini sərbəst ifadə etmək, uşaq maraqlarının və digər tərəflərin maraqlarının balanslaşdırılması, uşağın maraqlarının dəyərləndirilməsi, uşaq maraqlarının əsas götürülməsi məqsədilə qərarların icrasına nəzarət, valideynlərin ayrılması zamanı uşaq maraqları, müəssisəyə və ya foster ailəyə yerləşdirilən zaman uşaq maraqları, valideynlərindən biri həbsdə olarkən uşaq maraqları, uşağın öz mənşəyini bilmək hüququ başlıqları altında konfrans iştirakçılarının iştirakı ilə aparılmış, nəticədə yekun təkliflər səsləndirilmişdir.

Konfrans öz işinə 10 dekabrda yekun vurmuşdur.