BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması üzrə Konvensiya ilə bağlı növbəti ölkə hesabatına hazırlıq

11 апреля 2016

Поделиться:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində  BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması üzrə Konvensiya ilə bağlı ölkə hesabatının hazırlanması üçün Dəyirmi masa keçirilmişdir. Dəyirmi masada Ombudsman Aparatı, YAP Qadınlar Şurası,  qadın Qeyri- Hökumət Təşkilatlarının və Dini icmaların rəhbərləri, nümayəndələri iştirak etmişlər. 

Tədbiri giriş sözü ilə açan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova qeyd etdi ki, Azərbaycan Respublikası 1995-ci ildə BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması üzrə Konvensiyasına  qoşularaq, qadınların sosial durumunun yaxşılaşdırılması və onların ictimai fəallığının yüksəldilməsi istiqmətində ölkədə  mühüm addımlar atılmışdı. Respublika əhalisinin 50,3 %- ni təşkil edən qadınlarımız sosial və ictimai həyatın bütün sahələrində  aktiv iştirak edir və dövlətimizin inkişafı üçün öz töhfələrini verirlər. Bu il bizim üçün çox vacibdir. Ölkəmiz BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması üzrə Konvensiya ilə bağlı  növbəti  hesabat ərəfəsindədir. Əvvəlki hsebatlardan sonra edilən tövsiyələrin əksəriyyəti  tez bir zamanda öz həllini tabıb. Qadın məsələsi çox incə və həssas məsələdir. Qadın hüquqlarının müdafiəsi istiqamətində  müvafiq dövlət qurumları ilə yanaşı, müxtəlif QHT-lərlə əməkdaşlıq edilir. Vətəndaş cəmiyyətinin bu məsələdə fəallığı hiss olunur.   Lakin bu işbirliyi daha sıx olmalıdır.  Qadınların qərarqəbuletmədə və idarəetmədə iştirakı artıb və bu bizi sevindirir. Aparılan tədbirlərin nəticəsi olaraq, son bələdiyyə seçkilərində 35% qadın seçilmişdir. Halbuki bu rəqəm 2004-cü ildə 4% idi. Biz növbəti parlament seçkilərində də qadın millət vəlkillərinin ayının artacağına ümid edirik. Xüsusilə, qadın sahibkarlığının inkişafı istiqamətində müsbət nəticlər var, lakin bu sahədə də faəliyyətimizi bir qədər də gücləndirməliyik.  Bunun üçün isə QHT-lərlə birgə maarifləndirmə işləri aparmalıdır.

Ombudsman Aparatının rəhbəri Elmira Süleymanova bildirdi ki,  ölkəmizdə qadınların   qərarqəbuletmədə və idarəetmədə iştirakı yüksəlib, ictimai fəallığı artıb. Lakin hələ də bir sıra çətinliklər var. Və biz onları aradan qaldırmaq üçün mütəmadi iş aparmalıyıq. Həmçinin, E. Süleymanova qeyd etdi ki, digər dövlətlər Azərbaycanın müsbət təcrübəsindən faydalana bilərlər. Dəyirmi masada iştirak edən təşkilat rəhbərləri və nümayəndələri hesabatla bağlı bir sıra məsələləri müzakirə etdilər. Tədbir səmərəli və işgüzar şəraitdə keçmişdir.