Azərbaycan Uşaqlarının III Ümumrespublika Forumu iştirakçılarının və həmçinin Azərbaycanın bütün şəhər və rayonlarından da uşaq və gənclərin təmsil olunduğu “Gələcək” Uşaqların İnkişafına Dəstək İctimai Birliyindən Azərbaycan Respublikasının Prezidenti Cə

18 мая 2016

Поделиться:

Cənab Prezident!

Bu gün ölkəmizdə uşaq və gənclərin hərtərəfli inkişafına yönəldilmiş dövlət siyasəti müasir Azərbaycanın inkişaf konsepsiyasının əsas prioritet istiqamətlərindən biridir.Biz, uşaq və gənclər olaraq, üzərimizə düşən ən mühüm vəzifələrdən biri bu istiqamətdə Sizin ətrafınızda sıx birləşmək və apardığınız uğurlu dövlət siyasətinə dəstək verməkdən ibarətdir.

Ölkəmizdə uşaq və gənclərin davamlı təhsilinə, sağlamlığına, sosial inteqrasiyasına daim yüksək diqqət yetirilib, bu sahədə qəbul olunmuş dövlət proqramları, qanun və sərəncamlar mühüm əhəmiyyətə malik olmuş və öz müsbət nəticəsini verməkdədir. Bu istiqamətdə aparılan işlər ölkənin Birinci Xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın diqqət və qayğısı nəticəsində daha da güclənmişdir.

Biz uşaq və gənclər, ölkəmizin əmin əllərdə olduğuna inanırıq. Bilirik ki, Sizin ətrafınızda sıx birləşdiyimiz və birlikdə addımladığımız bu yol bizi uğurlu gələcəyə aparan yoldur. Biz bu yolda hər zaman ayıq-sayıq olmalı, ölkəmizə qarşı aparılan kampaniyalara müvafiq cavab verməli, qarşımıza çıxan maneələrin dəf edilməsində və dini zəmində ekstremizmə və ayrı-seçkiliyə qarşı mübarizədə birgə səylərimizi gücləndirməli, ölkəmizin daha da inkişaf etdirilməsi, tanınması və bütün dünyada layiqincə təmsil olunması istiqamətində bütün imkanlarımızdan istifadə etməliyik.

Ölkəmizdə uşaq və gənclər üçün yaradılan hər cür şərait və imkanlar, eləcə də dünyada gedən bütün proseslərdə Azərbaycan gəncinin iştirakı və töhfələri birbaşa olaraq Sizin yorulmaz və davamlı fəaliyyətinizin nəticəsidir. Buna görə də, bizlər hər zaman yorulmadan çalışacaq, səylərimizi əsirgəməyəcək və daim Sizin yanınızda olacağıq.

Əziz Prezidentimiz!

Azərbaycanın bütün şəhər və rayonlarından uşaq və gənclərin təmsil olunduğu “Gələcək” Uşaqların İnkişafına Dəstək İctimai Birliyi adından Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edir, ən xoş arzularımızı bildirərək Sizə xoşbəxtlik, cansağlığı və Azərbaycan xalqı naminə güclü fəaliyyətinizdə yeni uğurlar arzulayırıq.

Fürsətdən istifadə edərək, həmçinin Sizi qarşıdan gələn Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə ürəkdən təbrik edirik.