“4 Fevral – Ümumdünya Xərçənglə Mübarizə Günü”

4 февраля 2016

Поделиться:

 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uşaq hüquqlarının müdafiəsi, onlar üçün bərabər hüquq və imkanların yaradılması, uşaqların cəmiyyətə inteqrasiyası və problemlərinin həlli istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirir.

        “4 Fevral – Ümumdünya Xərçənglə  Mübarizə Günü”nün  Azərbaycanda qeyd edilməsi artıq ənənə halını almışdır. Bu məqsədlə Ümumdünya Xərçənglə  Mübarizə Günü ərəfəsində hər il olduğu kimi bu il də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Milli Onkologiya Mərkəzi ilə birgə əməkdaşlıq çərçivəsində Mərkəzdə müalicə alan uşaqlara mənəvi dəstək göstərmək, onlara şən əhval ruhiyyə bəxş etmək məqsədilə “İllyuziya və Kürəciklər Şou” tamaşasının nümayişini  təşkil edilmişdir..

         Tədbir 1 – 17 yaşadək olan 38 nəfər uşağın,  Milli Onkologiya Mərkəzinin Uşaq Onkologiya şöbəsinin müdiri Reymən İsmayılzadə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Uşaq Problemləri şöbəsinin müdiri Cəmilə Bağırova və həmin Komitənin əməkdaşlarının  iştirakı ilə keçirildi.

         Tədbirdə iştirak edən uşaqlara Komitə tərəfindən müxtəlif hədiyyələr paylanılmış, “Super Prazdnik”  əyləncə şirkətinin əməkdaşları Tatyana ve Oleq Dolivetslərin tərəfindən  “İllyuziya və Kürəciklər Şou” tamaşası nümayiş olunmuşdur.

         Tədbir  4 fevral 2016-cı il tarixdə  saat 14:00 –da Milli Onkologiya Mərkəzində keçirilmişdir.  (Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsi, 79B)