Dövlət Komitəsi 16 mart 2016-cı il tarixində Hacıqabul rayonunda təlim-seminar keçirmişdir

17 марта 2016

Поделиться:

Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı və Azərbaycan Respublikasında  insan alverinə qarşı Milli Fəaliyyət Planının yerinə yetirilməsi, övladlığa götürülmüş, qəyyumluğa və ya himayəyə verilmiş uşaqların ailələrdə vəziyyətinin öyrənilməsi, həmçinin gender və uşaqlara qarşı zorakılıq üzrə etibarlı monitorinq mexanizminin yaradılması məqsədilə yerlərdə qruplar yaradılmışdır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu monitorinq qruplarının məişət zorakılığı haqqında qanunvericiliyin tətbiqi və baxımsız uşaqların vəziyyətinin monitorinqinin aparılması  ilə bağlı təlimatlandırılması məqsədilə 16 mart 2016-cı il tarixində Hacıqabul rayonunda təlim-seminar keçirmişdir. Təlim seminarlarda Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının müavini Sahib Aslanov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Regional Mərkəzlərlə İş şöbəsinin müdiri Ceyran Rəhmətullayeva və Hüquqi təminat şöbəsinin müdiri Taliyyə İbrahimova  çıxış edərək “Məişət zorakılığı haqqında qanun”, məişət zorakılığı problemlərində sosial işin təşkili, riskli ailələrlə sosial iş, uşaqların yerləşdirilməsində qərar qəbul etmə, xüsusi qayğıya ehtiyacı olan uşaqların xidmətlərə yönəldilməsi, cinsi zorakılıq haqqında geniş məlumat vermişdirlər.  Tədbirin sonunda mövzu ətrafında  müzakirələr aparılmışdır