“Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır” mövzusunda məqalə müsabiqəsi

30 апреля 2016

Поделиться:

“Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır” mövzusunda məqalə müsabiqəsi

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycan xalqının Ümumilli Lideri, müasir dövrün görkəmli siyasi xadimi Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır” mövzusunda məqalə müsabiqəsi elan edir.

Müsabiqədə yaşı 40-ə qədər olan  şəxslər iştirak edə bilər.

Müsabiqədə iştirak etmək istəyənlər 30 aprel 2016-ci il tarixinə qədər məqalələrini və özləri haqqında məlumatı (adı, soyadı, atasının adı, əlaqə telefonları, işlədiyi yer) meqale-musabiqesi@inbox.ru elektron ünvanına göndərə bilərlər.

Müsabiqəyə təqdim olunacaq məqalələr Arial  şriftində 14 ölçüdə, 3-5 səhifə həcmində olmalıdır.

Müsabiqənin qalibləri mükafatlandırılacaqdır.