Breakout Session “Women and Peace-building in Conflict Zones in Africa”

27 апреля 2016

Поделиться:

26  aprel tarixində Bakı Konqres Mərkəzində keçirilən BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində “Münaqişə zonalarında sülhün bərqərar edilməsi prosesində qadınların rolu”  mövzusu üzrə bölmə iclasında  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova iştirak edib.

İclasda həmçinin BMT baş katibinin müavini və Afrika üzrə xüsusi məsləhətçisi Maged A.Abdelaziz, Nigeriyanın Demokratiya və İnkişaf Mərkəzinin təsisçisi və sədri, professor İbrahim Gambari, Afrikada qadınlarla bağlı layihələrin icraçısı xanım Anna FurmarolaMali şəhərinin meri xanım Ouman Sall Seek çıxış ediblər.

Tədbirdə Komitənin sədri öz çıxışında Dağlıq Qarabağ münaqişəsinin nəticəsindən danışaraq vurğulayıb: “Ermənistanın təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizi işğal olunub, bir milyondan çox əhali qaçqın və məcburi köçkünə çevrilib. Biz təcavüzdən əziyyət çəkən ölkə kimi münaqişələrin qarşısını almaq, insanların pozulmuş hüquqlarının bərpası üçün göstərilən səyləri tam dəstəkləyirik. Biz BMT Təhlükəsizlik Şurasının 1325 saylı Qətnaməsinin qəbul olunmasını müsbət bir addım kimi qiymətləndiririk”.

Komitə sədri qeyd edib ki, Ermənistan təcavüzkar siyasətini davam etdirir. Ermənistan qoşunların təmas xəttinə yaxın yaşayış məntəqələrimizi atəşə tutur. Atəşkəsin tez-tez pozulması nəticəsində mülki əhali mənəvi və maddi ziyana məruz qalır. Aprelin əvvəllərində erməni tərəfinin təxribatı günahsız vətəndaşlarımızın, o cümlədən qadınların və uşaqların ölümü ilə nəticələnib. Xeyli sayda ev, məktəb dağılıb. Beynəlxalq birlik təcavüzkara təzyiq göstərmir. Bu isə onun daha da azğınlaşmasına səbəb olur. Ermənistan BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin tələblərini yerinə yetirmir. Azərbaycan müharibə istəmir. Biz münaqişənin sülh yolu ilə ədalətli həllinin tərəfdarıyıq.

 Sonda mövzu ilə bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb.