“İnsan alverinin qurbanı olma!” mövzusunda onlayn görüş keçirilib

17 февраля 2021

Поделиться:

17.02.2021–ci il tarixində Hacıqabul Uşaq və Ailələrə Dəstək Mərkəzinin (UADM) təşkilatçılığı ilə “İnsan alverinin qurbanı olma!” mövzusunda onlayn görüş keçirilib.

Görüşdə Hacıqabul UADM-in sosial iş üzrə mütəxəssisləri, Heydər Əliyev Mərkəzinin, Mərkəzi Kitabxanın əməkdaşları və 8 saylı məktəbin şagirdləri iştirak ediblər.

Görüş zamanı insan alveri və onun formalarından ətraflı məlumat verilib, bu cinayətə məruz qalan risk qrupundan danışılıb.

Görüşün sonunda iştirakçıların elektron poçt ünvanlarına mövzu ilə əlaqəli elektron bukletlər göndərilib.