Dövlət Komitəsi yanında İctimai Şuraya seçki üçün vətəndaş cəmiyyəti institutlarının qeydiyyatı başa çatıb

17 февраля 2021

Поделиться:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın yeni tərkibinin formalaşdırılması üçün keçiriləcək seçkidə iştirak etmək istəyən vətəndaş cəmiyyəti institutlarının qeydiyyatı başa çatmışdır. 26 yanvar 2021-ci il tarixindən 09 fevral 2021-ci il tarixinədək  müraciət edən 98 vətəndaş cəmiyyəti institutu qeydiyyata alınmışdır.

Xatırladaq ki, Dövlət Komitəsi  yanında İctimai Şuraya seçki ilə bağlı səsvermə  19 fevral 2021-ci il tarixində saat 10:00-dan – 15.00-dək Azərbaycan Dövlət Pedaqoji Universitetinin böyük akt zalında (Üzeyir Hacıbəyli, 68) keçiriləcək.

Qeyd edək ki, seçkidə iştirak etmək üçün müraciət edən 21 nəfərin namizədliyi təsdiq edilib. 

1. Sahib Məmmədov - “Vətəndaşların əmək hüquqlarını müdafiəsi liqası”

2. Fərhad Abdulov - “Uşaq və Yeniyetmələrə Dəstək” İctimai Birliyi

3. Nübar Nizamova - İctimai fəal vətəndaş

4. Əntiqə Qurbanova - “D.Əliyeva adına Azərbaycan Qadınlarının Hüququnun Müdafiə Cəm iyyəti İctimai Birliyi

5. Lyudmila Xəlilova - “Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda” İctimai Birliyi

6. Mehriban Zeynalova - “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi

7. Fariz Əkbərov - “Azərbaycan Uşaqları” İctimai Birliyi

8. Nailə İsmayılova - “Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyi

9. Afaq Əhmədova - Beynəlxalq Sülh Araşdırmalar və İnkişaf İnstitutu

10. Vəfa Abbasova - “Azərbaycan Qadınları Respublika Cəmiyyəti”

11. Əliməmməd Nuriyev - “Konstitusiya” Araşdırmalar Fondu

12. Rahilə Mehtiyeva -“Sosial-İqtisadi və Ekoloji İnkişaf” İctimai Birliyi

13. Fərid Məlikov - “İqtisadi və Sosial Təşəbbüslərdə Tərəfdaşlıq” İctimai Birliyi

14. Fəridə Vəliyeva - “Miqrasiya Proseslərinin Tədqiqi” İctimai Birliyi

15. Kəmalə Aşumova - Ümidli Gələcək Sosial Təşəbbüslər  İctimai Birliyi

16. Qəmzə Yusubova - Ekoloji Maarifcilik və Monitoring İctimai Birliyi

17. Zərif Mehtiyeva  - İlham Əliyevin Könüllüləri İctimai hərəkatının məsul şəxsi

18. Məmmədhəsən Həsənov - “Mina Qurbanlarının Sosial və İqtisadi Problemlərinin Həllinə Kömək” İctimai Birliyi

19. Elnarə Məhərrəmova - “Regional Sosial-İqtisadi İnkişaf üzrə Maarifləndirmə” İB

20. Hafiz Həsənov - “Hüquq və inkişaf” İctimai Birliyi

21. Mirəli Hüseynov - “Demokratiyanı Öyrənmə” İctimai Birliyi