Bahar Muradovanın QHT sədri ilə görüşü keçirildi

22 мая 2020

Поделиться:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Konstitusiya” Araşdırmalar Fondunun sədri Əliməmməd Nuriyevi qəbul edib.
Görüşdə Avropa İttifaqı və UNDP-nin dəstəyi ilə “Konstitusiya” Araşdırmalar Fondu tərəfindən icra olunan “Qadınların ödənilməyən qayğı və məişət işinin dəyərləndirilməsi üçün əlverişli hüquqi və sosial mühitin yaradılmasına dəstək” layihəsi çərçivəsində hazırlanan təkliflər və tədqiqat hesabatı müzakirə edilib, bu istiqamətdə mümkün tədbir və təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb.  

Bahar Muradova Komitənin fəaliyyət dairəsinə daxil olan bütün məsələlərdə vətəndaş cəmiyyəti institutu ilə əməkdaşlığın əhəmiyyətini bildirərək, QHT sədrinin qeyd etdiyi məsələlərin daim diqqətdə saxlanıldığını vurğulayıb və  təqdim edilən təkliflərə görə təşəkkürünü bildirib.

Görüşdə Komitənin sədr müavini Sədaqət Qəhrəmanova da iştirak edib.