Kənd həyatında qadın və gənclərin fəallığının təmin edilməsi məqsədilə tədbir keçirilib

13 февраля 2020

Поделиться:

Fevralın 13-də Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzi Günəşli kəndində “Kəndin sosial-ictimai həyatında qadınların və gənclərin fəal iştirakının təmin edilməsi” adlı tədbir keçirilib. Tədbirdə UADM-nin əməkdaşları, kənd qadınları və gəncləri iştirak ediblər.

İştirakçılara kəndin sosial-ictimai həyatında fəal iştirakın təmin edilməsi məqsədi ilə bacarıq və potensiallarını inkişaf etdirməkləri haqqında məsləhətlər verilib, iştirakçılara cəmiyyətdə fəal iştiraklarının onların məsuliyyətli vətəndaş kimi yetişməsində rolunun önəmli olmasından danışılıb, daha aktiv olmalarına dair tövsiyələr verilib.

Tədbirin sonunda mövzu ətrafında müzakirələr aparılıb.