“Sağlam həyat tərzini seçək” adlı tədbir keçirilib

11 февраля 2020

Поделиться:

Fevralın 11-də Goranboy şəhər İnternat məktəbində “Sağlam həyat tərzinin təbliği istiqamətində preventiv tədbirlərin keçirilməsi” mövzusunda “Sağlam həyat tərzini seçək” adlı tədbir keçirilib.

Tədbirdə Goranboy UADM-in əməkdaşları, könüllülər, müəllimlər və məktəblilər iştirak edib.

Mövzuya aid qısametrajlı filmlərin nümayişi ilə açılan tədbirdə sağlam həyat tərzinin nə olduğu haqda və bu cür tədbirlərin nə məqsəd daşıdığından danışılıb. Sonra isə uşaqlara sağlam qidalanma, idman, təmiz hava, normal yuxu və sağlam yaşamaq üçün digər vacib amillərdən danışılıb.

Sonda iştirakçılara mövzuya aid bukletlər paylanılıb