16 günlük kampaniyaya həsr olunmuş sərgi keçiriləcək

5 декабря 2019

Поделиться:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) ilə birgə “Məcburi köçkünlər, qaçqınlar və sığınacaq axtaran şəxslər arasında cinsi və gender əsaslı zorakılığın qarşısının alınması və cavab tədbirləri” adlı layihə həyata keçirir.

Layihə çərçivəsində Gender Zorakılığına qarşı 16 günlük Fəallıq Kampaniyasına həsr olunmuş foto-sərgi keçiriləcək.

Sərgi dekabrın 6-da saat 15.00-da “Qaleriya 1969”, Üzeyir Hacıbəyov 69 E ünvanında keçiriləcək.

Sərgidə beynəlxalq təşkilatlar, dövlət qurumları, vətəndaş cəmiyyəti və ictimaiyyətin tanınmış nümayəndələri iştirak edəcəklər.