Ağdamda Kənd Qadınları günü münasibətilə tədbir keçirilib

15 октября 2019

Поделиться:

15 oktyabr 2019-cu il tarixində Azərbaycan Kənd Qadınları Assosasiyası İctimai Birliyi  tərəfindən Ağcabədi rayonunda Kənd Qadınları günü münasibətilə keçirilən tədbirdə Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzi gənc qızların əl işlərinin sərgisi ilə iştirak edib.

 Tədbir zamanı AQUPDK-nın sədri Hicran Hüseynovanın qadınlara təbrik məktubu  səsləndirilib.

 Ağdam rayonunu tədbirdə təmsil edən Ağdam Uşaq və  Ailələrə  Dəstək Mərkəzinin toxunma məhsullarının sərgisi çox maraqla qarşılanıb. Sərgidə iştirak edən müəssisələrin qadın rəhbərləri öz istiqamətlərinə uyğun olaraq qazandıqları uğurlar barəsində tədbir iştirakçılarına məlumat veriblər.

Tədbirdə xatirə şəkillər çəkilib.