Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzi “Erkən nikah və onun fəsadları” mövzusunda maarifləndirici tədbir keçirib

8 октября 2019

Поделиться:

Oktyabrın 8-də Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzinin 2019-cı il Dövlət proqramı üzrə tədbirlər planına əsasən “Erkən nikah və onun fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbir Sabirabad rayon M.Ə.Sabir adına 1saylı şəhər tam orta məktəbində keçirilib. Tədbirdə Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları, məktəb şagirdləri və müəllimələr iştirak edib.

Qeyd edilib ki, bir sıra hallarda ailə quran tərəflərin yaş həddinin aşağı olması sonradan problemlərə gətirib çıxarır. Bu kimi ailələrdə nikahın pozulması, xəstə uşaqların dünyaya gəlməsi, məişət zorakılığı, fiziki-psixoloji çətinliklər kimi hallar daha çox müşahidə olunur. Bildirilib ki, qızların erkən yaşda ailə həyatı qurmağa məcbur edilmələri onların təhsilinə, bir fərd kimi inkişafına mane olur, psixologiyasına mənfi təsir göstərir. 

Sonda şagirdlərə “Erkən Nikaha Yox Deyək”! adlı təqdimat keçirilib və onları maraqlandıran suallar cavablandırılıb.