Komitədə Türkmənistan Parlamentinin nümayəndə ilə görüş keçirilib

6 ноября 2016

Поделиться:

4 noyabr 2016-cı il tarixində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanovanın Türkmənistan Parlamentinin sədr müavini Qurbangül Bayramovanın rəhbərlik etdiyi Türkmənistan Parlamentinin nümayəndə heyəti ilə görüşü baş tutub.

Görüşdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova ilə Türkmənistan Parlamentinin Sədr müavini Qurbangül Bayramova,Türkmənistan Parlamentinin Yerli hakimiyyət orqanları və yerli özünüidarəetmə orqanları ilə əlaqələr üzrə Komitəsinin üzvüŞatlık İşanov, Türkmənistan Parlamentinin Qanunvericilik və Normativ Sənədlər  üzrə Komitəsinin üzvü Amandurdi Arabov, Türkmənistan Parlamentində İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə mütəxəssis Yazmurat Kakageldiyev və Komitənin əməkdaşları iştirak edib.

Görüşdə sahibkarların sərbəst fəaliyyəti üçün ölkəmizdə hər cür şəraitin yaradılmasını bildirən Komitənin sədr müavini Sədaqət Qəhrəmanova deyib: “Bu gün Azərbaycanda qadınların təqribən 50 faizi əmək fəaliyyəti ilə məşğul olur, onlar ölkə iqtisadiyyatının, demək olar, bütün sahələrində çalışırlar. Sahibkarlar arasında qadınların xüsusi çəkisi 20 faizə çatır”

Görüş zamanı ikitərəfli əməkdaşlığın genişləndirilməsi və keçirilən layihələrdə effektivliyin artırılması məqsədilə müzakirələr aparılıb.