Ağdam sakinləri olan uşaqların Şəki Xan sarayına gəzintisi təşkil edildi

4 июня 2019

Поделиться:

Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən 1 İyun Uşaqların Beynəlxalq Müdafiə Günü münasibətilə iyunun 2-də bir  Ağdam rayon sakinləri olan uşaqların Şəki Xan Sarayına gəzintisi təşkil edilib. Uşaqlar əvvəlcə Xan Sarayını ziyarət edərək, Şəki xanlığının keçmiş tarixi barədə məlumatlandırılıb. Açıq havada baş tutan piknik zamanı uşaqlar arasında maraqlı viktorinalar, idman yarışları keçirilib, dağ gəzintisi təşkil edilib.