Dövlət Komitəsinin sədri Hicran Hüseynova Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan Respublikasındakı Səfiri, xanım Karol Krofts ilə görüş keçirdi

14 ноября 2016

Поделиться:

11 noyabr 2016-ci il tarixində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan Respublikasındakı Səfiri, xanım Karol Krofts ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində görüş keçirilib. Görüşün məqsədi müvafiq sahədə ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi olub. Görüşdə ailə, qadın və uşaq siyasəti, qadın sahibkarlığının daha da inkişaf etdirilməsi, selektiv abort və onun fəsadları məsələləri müzakirə edilib. Bundan başqa, gələcəkdə səfirliklə Komitə arasında edilə biləcək layihələr də əsas müzakirə mövzusu olub.