Vətəndaş cəmiyyəti institutlarının nümayəndələri ilə görüş keçiriləcək

10 апреля 2019

Поделиться:

Cəmiyyətdə qadın və uşaq hüquqlarının müdafiəsi, məişət zorakılığı ilə bağlı mübarizə tədbirlərinin gücləndirilməsi, uşaqlara qarşı zorakılıq hadisələrinin, uşaq əməyinin qarşısının alınması dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Prezident cənab İlham Əliyev tərəfindən qəbul edilən qərarlar, fərman və sərəncamlar nəticəsində ailə institutunun gücləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiə edilməsi istiqamətində mühüm addımlar atılır, vacib tədbirlər həyata keçirilir.

Sadalanan sahələr üzrə qeyri-hökumət təşilatları ilə əməkdaşlığın artırılması atılan mühüm addımlardandır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi digər dövlət qurumları və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq məsələlərinə xüsusi önəm verir və bu istiqamətdə birgə tədbirlərin keçirilməsini təşkil edir.

Keçirilən tədbirlərin davamı olaraq Komitə 11 aprel 2019-cu il tarixində saat 11:00-da Hökumət evinin akt zalında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə birgə tədbir keçirir.  Tədbirdə Komitə yanında yaradılan İctimai Şuranın üzvləri, müxtəlif sahəlrə üzrə fəaliyyət göstərən QHT nümayəndələri iştirak edəcəkdir.

Tədbirdə qadınlara və uşaqlara qarşı zorakılıq halları ilə bağlı ciddi, obyektiv və operativ araşdırmaların aparılması məsələsi qeyd olunacaq və xüsusilə vurğulanacaq ki, bu qəbildən olan informasiyalar təəssüf ki, kütləvi informasiya vasitələrində reklam və reytinq xatirinə edilir. Bu cür məlumatlara xüsusi həssaslıqla yanaşılmalıdır.

Dövlət orqanları ilə vətəndaş cəmiyyəti institutları, eyni zamanda media nümayəndələri arasında səmərəli dialoqun qurulması cox vacibdir. Və biz sağlam dialoqun, əməkdaşlığın tərəfdarıyıq. Dövlət Komitəsi olaraq biz bütün təşkilatlara açığıq, onların rəy və təkliflərini dinləməyə hazırıq.