Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçiriləcək

6 марта 2019

Поделиться:

   8 mart Beynəlxalq Qadınlar Günü - qadınların iqtisadi, siyasi, mədəni və ictimai hüquq bərabərliyi uğrunda mübarizəsini, habelə qadınlara nəzakət, sevgi və məhəbbəti tərənnüm edən bayramdır.

  Dünyanın bir çox yerlərində olduğu kimi, Azərbaycanda da 8 Mart Beynəlxalq Qadınlar Günü böyük sevinc və fərəh hissi ilə qeyd olunur.         

 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 7 mart 2019-cu il tarixində, saat 11.00-da “JW Marriott Absheron” Otelinin Şərq zalında “8 Mart Beynəlxalq Qadınlar Günü”nə həsr olunmuş “Qadınlar Dayanıqlı İnkişafa Doğru” adlı tədbir keçiriləcək.

 Tədbir ənənəvi olaraq, rəsmi və bədii hissədən ibarət olacaqdır.

Tədbirdən əvvəl qonaqlar saat 10:00-da Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edəcəklər.

Daha sonra “2018 - ci ilin yekunları: Dövlət Qadın Siyasəti” adlı film nümayiş olunacaqdır.

Rəsmi hissədə ölkə başçısının qadınlara təbrik məktubu səsləndiriləcək və Azərbaycan elminin və mədəniyyətinin inkişafında öz sözlərini demiş, eləcə də  ictimai-siyasi sahədə mühüm xidmətləri olan bir qrup qadınlara Prezident təltifləri təqdim olunacaqdır.

Hər il olduğu kimi bu il də ailə, qadın və uşaq siyasətinin həyata keçirilməsi sahəsində səmərəli fəaliyyət göstərmiş tanınmış ziyalılar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən  mükafatlandırılacaqdır.

Tədbirdə Əlil Qadınların əl işlərindən ibarət satış sərgisi keçiriləcəkdir.

 Tədbirin ictimai əhəmiyyətini nəzərə alaraq, KİV nümayəndələrini əməkdaşlığa dəvət edirik.