Uşaq və Ailələrə Dəstək Mərkəzləri “Biz zorakılığa YOX deyirik” həftəsinə start verib

27 ноября 2016

Поделиться:

25 noyabr – Qadınlara qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günü ilə əlaqədar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzləri “Biz zorakılığa YOX deyirik” həftəsinə start verib.

Mərkəzlər həftə ərzində bir sıra silsilə maarifləndirici tədbirlər həyata keçirirlər.

Tədbirlərin keçirilməsində məqsəd  qadınlara onların hüquqları, “Məişət zorakılığının qarşısının alınması haqqında” Azəbaycan Respublikasının Qanunu, məişət zorakılığına gətirib çıxaran səbəblər, zorakılığın qarşısının alınması yolları və s. barədə məlumat vermək, cəmiyyətin diqqətini bu məsələyə yönəltməkdir.