“Ailəliklə mütaliəyə” layihəsi çərçivəsində Sabunçu rayon Asudə Vaxt Mərkəzində tədbir keçiriləcəkdir

13 февраля 2019

Поделиться:

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən cəmiyyətin diqqətinin mütaliəyə cəlb olunması, ailədə mütaliə ənənəsinin təbliği və asudə vaxtın mənalı, səmərəli və düzgün nizamlanması məqsədilə “Ailəliklə mütaliəyə” layihəsinə start verilib.

Layihə çərçivəsində növbəti tədbirin Sabunçu rayon İcra Hakimiyyəti ilə birgə
14 fevral 2019-cu il tarixində saat 11:00-da Sabunçu rayon Asudə Vaxt Mərkəzində aidiyyatı dövlət qurumlarının nümayəndələrinin, eləcə də ailələrin iştirakı ilə keçirilməsi nəzərdə tutulub.

Tədbirin əhəmiyyətini nəzərə alaraq, daha geniş şəkildə işıqlandırılması üçün KİV nümayəndələrini fəal əməkdaşlığa dəvət edirik.

 

Asudə Vaxt Mərkəzi
Ünvan: Bakıxanov qəsəbəsi Sülh küç. 2/20
 tel: 012 429-71-95