“20 yanvar – Ümumxalq Hüzn Günü”

20 января 2019

Поделиться:

Yanvarın 18-də Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzi H.Əliyev Mərkəzində “20 yanvar – Ümumxalq Hüzn Günü”nə həsr olunmuş  tədbir keçirmişdir. Tədbirdə öncə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə çıxış edən A.İbrahimova  iştirakçılara bu günün tarixi barədə məlumat verərək, 1990-cı ilin 20 yanvar tarixində  Bakı şəhərində və ətrafında, eləcə də digər ərazilərdə sovet qoşunlarının azərbaycanlılara qarşı törətdikləri qırğınlandan danışdı. Çıxışdan sonra iştirakçılara tarixi sənədlərdən və faktlardan hazırlanmış video material nümayiş etdirildi.