Komitə əməkdaşları ASAN xidmət əməkdaşlarına və könüllülərinə uşaq hüquqları mövzusunda təlimlər keçib

24 декабря 2018

Поделиться:

“ASAN Könüllüləri” Təşkilatı və Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun Azərbaycan nümayəndəliyinin ( Unicef Azerbaijan) birgə əməkdaşlığı ilə “Uşaq hüquqlarının təşviqi” layihəsinin ilkin mərhələsi olan "Təlimçilər üçün Təlim Proqamı" (TOT) həyata keçirilib.

"Təlimçilər üçün Təlim Proqramı" çərçivəsində 5 gün ərzində öncədən müəyyən edilmiş iştirakçı qruplarına mütəxəssislər tərəfindən təlimlər keçirilib. Noyabr-dekabr aylarının əhatə edən təlimlər çərçivəsində BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyası, Azərbaycanda uşaq hüquqları istiqamətində qanunvericilik bazası, uşaqların ən ümdə maraqlarının qorunması istiqamətində məlumatlar iştirakçılara çatdırılıb.

BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasının mühüm maddələri çərçivəsində iştirakçılara uşaq əməyinin, erkən nikah hallarının, insan alverinin qurbanı olma hallarının, zorakılığın qarşısının alınması, övladlığa götürülmə, valideynlik hüquqları və digər mühüm hüquq və vəzifələr ətrafında interaktiv şəkildə 5 modul üzrə təlimlər keçirilib.

Təlimlərdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin iki əməkdaşı təlimçi qismində iştirak ediblər.