Böyük Britaniya Baş Nazirinin Azərbaycan üzrə Ticarət Elçisi Baronessa Nikolson və Böyük Britaniyanın Azərbaycandakı Səfiri Karol Krofts ilə görüş keçirildi

30 ноября 2016

Поделиться:

28 noyabr 2016-cı il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın Böyük Britaniya Baş Nazirinin Azərbaycan üzrə Ticarət Elçisi  Baronessa Nikolson  Böyük Britaniyanın Azərbaycandakı Səfiri Karol Krofts ilə görüşü keçirilib.

Görüş çərçivəsində Azərbaycan Respublikasının məişət zorakılığı ilə mübarizə, qadınların bələdiyyədə, qərarqəbuletmədə təmsilçiliyinin artırılması, qadınların iqtisadi fəallığının artırılması, qadın sahibkarlığının inkişaf etdirilməsi və digər sahələrdə təcrübəsi qonaqlara çatdırılıb.

Komitə sədri Hicran Hüseynova Azərbaycan qadınlarının cəmiyyətdə tutduğu yüksək mövqe, müxtəlif sahələrdə qazandıqları uğurları barədə bəhs edib. O, çıxışında diqqətə çatdırıb ki, son illərdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan qadınların da sayı artmaqdadır. Həyata keçirilən dövlət proqramlarında gender məsələləri mühüm yer tutur.

Qonaqlar səmimi qəbul üçün minnətdarlığını bildirərək Azərbaycanda qadın və uşaq məsələlərinin həllinə yönəlmiş tədbirləri yüksək qiymətləndiriblər.

Görüşdə ikitərəfli əməkdaşlıq məsələləri və qarşıdakı layihələr müzakirə edilib.