Azərbaycan Uşaqlarının IV Ümumrespublika Forumunun Əlaqələndirmə Şurasının üzvləri tərəfindən “Uşaq hüquqları” mövzusunda təlim keçirildi

28 июля 2018

Поделиться:

27 iyul 2018-ci il tarixində cari ilin tədbirlər planına uyğun olaraq Azərbaycan Uşaqlarının IV Ümumrespublika Forumunun Əlaqələndirmə Şurasının üzvləri tərəfindən “Uşaq hüquqları” mövzusunda təlim keçirilib. 

Təlim, Hövsan Olimpiya İdman Kompleksində, 8-15 yaş qrupu uşaqları arasında təşkil olunub. Azərbaycan Respublikasının IV Ümumrespublika Forumunun Əlaqələndirmə Şurasının üzvləri olan Çingiz Qarayev və Eldar Qafarov təlim iştirakçılarına uşaq hüquqları mövzusunda maarifləndirmə xarakterli məlumatlar veriblər. Həmçinin, tədbirdə əlaqələndirmə şurasının üzvlərilə bərabər Uşaq problemləri şöbəsinin müdir müavini Reyhan Seyidova və şöbənin böyük məsləhətçisi Günel Nağdəliyeva da iştirak etdilər. G.Nağdəliyeva təlimi giriş sözü ilə açaraq Komitənin fəaliyyət istiqamətləri, uşaq hüquq və azadlıqları, eləcə də, tədbirin keçirilmə məqsədi ilə bağlı uşaqlara ətraflı məlumat verib.

Tədbir iki mərhələdən, aşağı yaş qrupu və yuxarı yaş qrupu uşaqlarından ibarət təşkil olunub. Təlimdə, mövzu ilə bağlı təqdimat, video çarxlar nümayişi olunub. Uşaqlar mövzu ətrafında qruplar üzrə fəal müzakirəyə cəlb olundu, onların sualları təlimçilər tərəfindən cavablandırılıb.