“Gender bərabərliyinin və qadın hüquqlarının təşviqində vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi” adlı layihənin yekun mərasimi keçiriləcək

5 июня 2018

Поделиться:

6 iyun 2018-ci il tarixində, saat 09:30-da Biləsuvar rayonunda, Heydər Əliyev Mərkəzində “Gender bərabərliyinin və qadın hüquqlarının təşviqində vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi” adlı layihənin yekun mərasimi keçiriləcək.

Tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunacaq.

Tədbirdə Biləsuvar rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Avropa Komissiyasınin Qonşuluq və Genişlənmə Danışıqları üzrə direktorluğunun (DG NEAR) rəhbəri Laurens Meredit, Avropa İttifaqının səfiri Kestutis Yankauskas, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Rezident Nümayəndəsinin müavini Alessandro Frakassetti, Sabirabad rayon icra hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Şahnaz Babayeva, Neftçala rayon icra hakimiyyətinin başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gültəkin Sadıqovanın çıxışları nəzərdə tutulur.

Tədbir çərçivəsində Qadın Resurs Mərkəzlərinin Sədrləri  (Biləsuvar, Neftçala, Sabirabad) və Layihə Rəhbəri tərəfindən təqdimatlar nümayiş olunacaq. Eyni zamanda qadınlar tərəfindən yaradılmış biznes sərgilərinə baxış (qadın qeyimləri mağazası, şirniyyat istehsalı, fitnes mərkəzi) keçiriləcək.

2016-cı ildən Avropa İttifaqı, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP),  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (SCFWCA) və Rasional İnkişaf Qadınlar Birliyi birgə “Gender bərabərliyinin və qadın hüquqlarının təşviqində vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi” mövzusunda birgə layihəni. Layihənin məqsədi qadın hüquqlarının inkişafında vətəndaş cəmiyyətinin rolunun artırılması və qadınların cəmiyyət həyatında iştirakının təşviq edilməsidir. Layihə çərçivəsində ölkənin şəhər və kənd yerlərində qadınların yerli imkanlarının genişləndirilməsi, iqtisadi liberallaşma və gender bərabərliyi gündəliyini inkişaf etdirmək hədəflənmişdir.

Biləsuvarda 100-ə yaxın iştirakçının qatıldığı iki illik layihənin bağlanılış mərasimini qeyd etməkdə məqsəd layihənin həyata keçirilməsi dövründə əldə olunan nailiyyətləri və əsas mərhələləri vurğulamaq üçün bir araya gəlməkdir.

Qeyd edək ki, ötən müddət ərzində Bakı, Sabirabad, Neftçala və Biləsuvar rayonlarında qadınlar üçün maliyyə müstəqilliyinə yol açılması istiqamətində mühüm işlər görülmüşdür. Yaradılan Qadın Resurs Mərkəzləri qadınların iqtisadi, sosial təşəbbüslərini planlaşdırmaq və əlaqələndirmək, bacarıqlarının inkişafı, sahibkarlıq fəaliyyəti, peşə təhsili və özünüifadə üzrə müxtəlif imkanlarla təmin etmək üçün ictimai platforma kimi fəaliyyət göstərir.