“Sən gəncsən! Uğur qazan” adlı maarifləndirici tədbir

2 марта 2018

Поделиться:

Göygöl  Uşaq və Ailələrə Dəstək Mərkəzi  fevralın 16-da “Sən gəncsən! Uğur qazan” adlı maarifləndirici tədbir keçirmişdir. Tədbir çərçivəsində aztəminatlı, risk qrupuna aid ailələrdən olan uşaqların Göygöl rayon peşə məktəbinə ekskursiyası təşkil olunmuşdur. tədbiri keçirməkdə məqsəd uşaqlarda bacarıqların aşkarlanması və onların müxtəlif peşələrə yönəldilməsi idi.  

         Ekskursiya zamanı uşaqlara peşə məktəbində tədris edilən peşələr, təhsilin müddəti və s. barədə məlumat verilmiş, peşə məktəbinin tələbələrinin əl işləri nümayiş edilmişdir.