Press-reliz
26.02.2008 |
26 fevral 2008-ci ildə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı ilə birlikdə Şüvəlandakı Uşaq və Ailələrə Dəstək Mərkəzində Xocalı soyqırımının 16-cı ildönümünə həsr olunmuş anma mərasimi keçirmişdir. ![]()
18.02.2008 |
18 fevral 2008-ci ildə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Ədliyyə Nazirliyi ilə birgə «Hüquqşünas qadınlar: problemlər, perspektivlər» mövzusunda konıfrans keçirmişdir.
Tədbirin keçirilməsində başlıca məqsəd ölkəmizin inkişafının müasir mərhələsində qadın hüquqşünasların qarşısında duran vəzifələrin müzakirəsindən ibarət olmuşdur. Konfrans, eyni zamanda, cəmiyyətin daha da demokratikləşdirilməsində qadın hüquqşünasların rolunun müəyyənləşdirilməsinə xidmət edirdi.
![]()
13.02.2008 |
Fevralın 13-15-də BMT Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsində (BMT NCİ) «İnsan alverinə qarşı Mübarizə üçün BMT-nin Qlobal Təşəbbüsü üzrə Vyana Qlobal Forumu keçirilir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova tədbirdə iştirak etmişdir.
13-15 fevral 2008-ci il tarixdə İnsan alverinə qarşı mübarizə üzrə BMT-nin Qlobal Təşəbbüsü tərəfindən təşkil edilmiş “İnsan alverinə qarşı mübarizə üzrə Vyana Forumu”nda Azərbaycanı daxili işlər nazirinin müavini, polis general-leytenantı Vilayət Eyvazovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib![]()
1234567891011121314







