“Qadın və seçki hüququ” mövzusunda konfrans keçiriləcək

13 fevral 2018

Paylaş:

 

14 fevral 2018-ci il tarixdə saat 10:30-da “Beynəlxalq Muğam Mərkəzində” Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında yaradılan İctimai Şura “Qadın və seçki hüququ” mövzusunda Konfrans keçirir. Konfransda Respublikanın ictimai-siyasi, sosial-mədəni həyatında fəallıq göstərən edən qadınlar iştirak edəcəkdir.   

Konfransın keçirilməsində məqsəd 1918-ci il mayın 28-də qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti dövründə bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsinin 100 illiyinin qeyd olunmasıdır.

 Həmçinin 11 aprel 2018-ci il tarixdə keçiriləcək növbədənkənar Prezident Seçkilərində qadınları seçkilərdə fəal iştiraka dəvət etməkdir.

 Konfransda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında yaradılan İctimai Şuranın sədri Rəna Mirzəzadə, Kaspi Tədris Mərkəzinin rəhbəri Sona Vəliyeva, İctimai Xadim Tərlan Musayeva, Bakı Dövlət Universitetinin Azərbaycan Tarixi kafedrasının dosenti Lətifə Əliyeva, Azərbaycan Sahibkar Qadınlar Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva, Fövqəladə Hallar Nazirliyi işçilərinin  Həmkarlar İttifaqının sədr müavini Afət Xanbabayeva, “Modern inkişaf və Ailə”  İctimai   Birliyinin sədri Zərifə Quliyeva, Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədr müavini Samirə Quliyeva çıxış edəcəkdir.