Uşaqların Tarix Diyarşünaslıq Muzeyinə ekskursiyası təşkil edildi

1 mart 2018

Paylaş:

 

Yanvarın 26-da Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzi icmadan olan bir qrup uşağın rayonda yerləşən Tarix Diyarşünaslıq Muzeyinə ekskursiyasını təşkil etmişdir.

Ekskursiya zamanı uşaqlara Azərbaycan xalqının tarixinə əlamətdar hadisə kimi daxil olmuş Azərbaycan Xalq Cümhuriyyəti haqqında məlumat verilmişdir. Hər il Respublika Günü kimi qeyd etdiyimiz 28 may tarixinin bu il Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibəti ilə daha əlamətdar qeyd edilir. Daha sonra uşaqlar Muzeydə Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə həsr olunmuş guşə ilə tanış oldular.