Uşaqların icbari dispanserizasiyaya cəlb edilməsi məqsədilə valideynlər arasında təbliğat işi aparılır

30 yanvar 2018

Paylaş:

Yanvarın 24-də Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzi Ağdam rayonu Təzəkənd qəsəbəsi Gülablı Tibb Məntəqəsi ilə birgə Təzəkənd Uşaq Baxçasında 20 nəfər valideynin iştirakı ilə “Uşaqların icbari dispanserizasiyaya cəlb edilməsi” məqsədilə  maarifləndirmə tədbiri keçirmişdir. Tədbirdə uşaqların dispanzerizasiyaya cəlb edilməsinin müsbət tərəfləri və uşağın inkişafına təsirləri barədə məlumat verilmişdir.

Tədbirin sonunda valideynlərə uşaqların icbari dispanzerizasiyası barədə maarifləndirmə materialları təqdim edilmişdir.