20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar anım günü tədbirləri keçirilib

22 yanvar 2018

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dölət Komitəsinin nəzdində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzləri 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar  anım günü tədbirləri keçiriblər.

 Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzi rayonun 118 saylı tam orta məktəbində, Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzi rayonun N. Gəncəvi adına 5 saylı və M. Ə. Sabir adına 1 saylı tam orta məktəblərində, Saatlı Uşaq və Ailələrə Dəstəki Mərkəzi S. Vurğun adına 1 saylı tam orta məktəbdə, Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzi Şəhidlərin Xatirə Kompleksində, Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzi Mərkəzdə, Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzi rayonun Heydər Əliyev Mərkəzində tədbir təşkil ediblər. Keçirilən tədbirlərdə vətən uğrunda canlarından keçmiş şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edildikdən sonra uşaqlar tərəfindən hazırlanmış, həmin qanlı gecəni əks etdirən rəsm sərgisinə baxış keçirilib, onların ifasında şeirlər dinlənilib, səhnəciklər nümayiş olunub.

Tədbirlərdə çıxış edənlər 1990-cı ilin 20 Yanvarında ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən hiddətlənən, Bakının küçələrinə çıxaraq öz qəti etirazlarını bildirən geniş xalq kütləsinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxarıb. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığı, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar.

Xalqımız bu qanlı tarixi heç vaxt unutmayacaq!