“Müstəqil Azərbaycanın dünəni, bu günü və sabahı” mövzusunda tədbir

16 yanvar 2018

Paylaş:

Yanvarın 11-də Hacıqabul Uşaq və Ailələrə Dəstək Mərkəzi rayonda yerləşən Heydər Əliyev Mərkəzində Azərbaycan Demokratik Respublikasının 100 illiyinə həsr olunmuş “Müstəqil Azərbaycanın dünəni, bu günü və sabahı” mövzusunda tədbir keçirmişdir.

Tədbirdə Azərbaycan Demokratik Respublikasının müstəqillik tarixi, əhatə etdiyi ərazilər, görülən quruculuq işləri, ölkədəki vicdan azadlığı barədə məlumat verilmişdir. Daha sonra Müstəqil Azərbaycan Respublikasının azadlığının əldə edilərək, qorunub saxlanmasında, inkişaf etdirilməsində Ulu  öndər Heydər Əliyevin əvəzsiz rolundan bəhs edilmişdir