Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzi köçkün və sağlamlıq imkanları məhdud uşaqlarla Dünya azərbaycanlılarının Həmrəylik Günü vəYeni il şənliyi keçirdi

4 fevral 2018

Paylaş:

Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə köçkün  xüsusi qayğıya ehtiyacı olan uşaqlarla Mərkəzdə Dünya azərbaycanlılarının Həmrəylik Günü və Yeni il şənliyi keçirildi. Uşaqlar Yeni ilin gəlişi münasibətilə Şaxta baba və Qar qızın sehirli nağıllarını özləri bəzədikləri şam ağacı ətrafında dinlədilər. Uşaqlar gözəl musiqi sədaları altında rəqs etdilər, şənləndilər, mərkəz tərəfindən hazırlanmış Yeni il süfrəsinə dəvət olundular və Yeni il sovqatları aldılar. Sağlamlığı məhdud uşaqların valideynləri onların uşaqlarına göstərilən qayğıya görə minnətdarlıq hisslərini bildirdilər.